Ana səhifə / İqtisadiyyat / İran bankının Bakı filialının fəaliyyəti məhdudlaşdırılıb

İran bankının Bakı filialının fəaliyyəti məhdudlaşdırılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialının (“Bank Melli İran-Baku”) fəaliyyətini məhdudlaşdırıb.

Bu barədə mayın 26-da bankın filialı məlumat yayıb. 

Bildirilir ki, tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib. 

AMB İran həmçinin bankın fəaliyyətini yoxlayır.

“Bank Melli İran-Baku”AMB-nin qərarının səbəbləri barədə açıqlama verilməyib.

İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.

Həmçinin oxuyun

Elm və Təhsil Nazirliyi tender keçirmədən bu şirkətə 3,4 milyon ayıracaq

Elm və Təhsil Nazirliyi “Edumedia-Azərbaycan” MMC (VÖEN – 1401897631) ilə 3 satınalma müqaviləsi imzalayıb.Yeniavaz.com xəbər verir …