Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / İqtisadiyyat / Gürcüstanın baş naziri zəhərlənən azərbaycanlılara baş çəkdi

Gürcüstanın baş naziri zəhərlənən azərbaycanlılara baş çəkdi

Avqustun 30-da, gecə saat 02 radələrində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Marneuliyə səfər edib.

APA-nın xəbərinə görə, hökumət rəhbəri Sadaxlı kəndindəki toy mərasimində zəhərlənən azərbaycanlıların yerləşdirildiyi xəstəxanaya baş çəkib. O, zəhərlənmənin səbəbi ilə maraqlanıb.

Baş nazirə məlumat verilib ki, toyda hazırlanan yeməklərdən nümunələr götürülüb və yaxın günlərdə səbəb müəyyənləşdiriləcək. “Biz insanları bu vəziyyətdən çıxaracağıq. Səhiyyə Nazirliyi bu işlə məşğul olur. Yerli klinikalarda səfərbərlik elan olunub. Mən xəstələri ziyarət etdim. Həkimlərin dediyinə görə, vəziyyət o qədər də təhlükəli deyil”, – deyə G. Kvirikaşvili jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Marneuli xəstəxanası zəhərlənmə əlamətləri ilə 150 nəfəri qəbul edib. Xəstələr Tiflis və Rustavi xəstəxanalarına da göndərilib. Kütləvi zəhərlənmənin qida və ya içkidən qaynaqlandığı güman edilir.

Məlumat üçün qeyd edək ki, Azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Sadaxlı kəndində toyda iştirak edən 400 nəfərdən təxminən 100-ü zəhərlənib.

Həmçinin oxuyun

BVF 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu yaxşılaşdırıb

Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu keçən ilin oktyabr ayı ilə …

Bir cavab yazın