Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / İqtisadiyyat / Ermənilər Gürcüstanı addım-addım işğal edir, hərbiçilər isə… – VİDEO

Ermənilər Gürcüstanı addım-addım işğal edir, hərbiçilər isə… – VİDEO

Erməni xisləti hər yerdə özünü büruzə verir. Bu xalqın torpaq işğalından gözü doymur. Azərbaycana təcavüzü ilə yanaşı, Ermənistan qonşusu və qonşumuz olan Gürcüstanın da torpaqlarını işğal edir. Zəbt olunan ərazi isə azərbaycanlıların dədə-baba torpaqlarıdır. Gürcülər isə bu təcavüzə hələ ki, göz yumur.
Strateq.az Region TV-nin bu problemlə bağlı maraqlı reportajını təqdim edir:
“Bura Gürcüstan Ermənistan sərhədidir. Daha dəqiq desək, azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Təzəkənd kəndi. Burda yaşayan soydaşlarımız deyir ki, düşmən təkcə Azərbaycan Ermənistan sərhədində yox, elə burada da təxribatlarından əl çəkmir.
Soydaşlarımız bildirir ki, əvvəllər heyvanlar sərhədi keçən zaman rahatlıqla geri qaytarmaq olurdu. İndisə nəinki mal-qara geri qaytarılmır, hətta sakinlərin min bir əziyyətlə əkib-becərdiyi təsərrüfat səhalərindəki hazır məhsulu da düşmən mənimsəyir.
Sakinlərlə yenicə danışmağa başlamışdıq ki, çəkilişimizdən xəbər tutan gürcü hərbiçiləri kəndə gələrək burda çəkiliş aparamağın qadağan olduğunu bildirdilər. Sonra bizi başqa bir yerə apardılar və uzun sürən sorğu-sualdan sonra sərbəst buraxdılar.
Çəkilişə mane olan Gürcüstan hərbiçiləri dolayısıyla ölkələrinin xeyrinə olan məsələnin qabardılmasına mane oldu. Axı delimitasiya – yəni sərhədlərin dəqiq cızılması elə dövlətin özünün xeyrinədir. Təzəkəndin köhnə sakinləri isə deyir ki, dədə-babadan yaşadıqları bu yerlərin Ermənistanla sərhəd xətti tarixi xəritəyə görə Muşul meşələrinin yaxınlığındakı dağların zirvəsindən keçirdi. İndi isə erməni hərbiçiləri lap burnumuzun ucuna gəlib çıxıb. Gürcüstan tərəfi isə deyəsən burnunun ucunu görə bilmir”.

Həmçinin oxuyun

Azərbaycan düyü idxalını 17 % artırıb

Ötən il Azərbaycan 38,9 milyon ABŞ dolları dəyərində 56,9 min ton düyü idxal edib. “Report” Dövlət …

Bir cavab yazın