Ana səhifə / İqtisadiyyat / Dövlət pandemiyadan zərər çəkənlərə pul verəcək – Nazir

Dövlət pandemiyadan zərər çəkənlərə pul verəcək – Nazir

“Yeni iqtisadi paketlə bağlı işlər gedir. Əvvəlki iqtisadi paketlərin, yardımların davam etdirilməsi nəzərdə tutulur”. 

Bunu APA-ya açıqlamasında Maliyyə naziri Samir Şərifov deyib.

Nazir təfərrüatlarla bağlı əlavə açıqlamalar veriləcəyini qeyd edib:

“Ola bilsin ki, pandemiya ilə bağlı əvvəlki iqtisadi paketdə nəzərdə tutulan dəstəyə müəyyən dəyişikliklər edilsin. Dəstəkdən istifadə ilə bağlı mütəmadi açıqlamalar verilib. Bunlar nəzərə alınaraq, işlər bu tərzdə davam etdiriləcək.

Ola bilsin ki, bilavasitə zərərçəkmiş sahələrə yenidən baxılacaq. Bəlkə, bu sahələr daha da genişləndirildi. Bunun üzərində aktiv iş gedir”.

Həmçinin oxuyun

İşğaldan azad olunan ərazilərdə bəzi güzəştlər olacaq – VİDEO

İşğaldan azad olunan ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir. …