Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Dünya / Lukaşenko: “Rusiya bizi itirməkdən qorxur”

Lukaşenko: “Rusiya bizi itirməkdən qorxur”

Belarus başqasına qarşı kimləsə dostluq etmir, biz çoxvektorlu və proqnozlaşdırıla bilən xarici siyasətin tərəfdarıyıq.

Azvision.az “BelTA”ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün xalqa və parlamentə etdiyi müraciətdə deyib.

O qeyd edib ki, ticarət münaqişələri siyasi və hərbi müstəviyə gətirilərək ayrı-ayrı ölkələrdə daxili qeyri-sabitliyin inkişaf amilinə çevrilir.

“Birləşmiş Ştatlar davamlı etiraz gərginliyi dövrünə qədəm qoydu, Çinin Honkonqla bağlı məsələsi, yaxınlıqda Tayvan fəal şəkildə silahlanmağa başladı. Nəhəng neft və qaz ehtiyatlarının cəmləşdiyi Cənubi Çin dəniz bölgəsində də ziddiyyətlər gücləndi. Hindistan-Çin sərhədində vəziyyət alovlandı. Özünü qorumaq üçün Çin hərbi quruculuğunu artırmağa məcbur olur”, – Lukaşenko deyib.

Belarus lideri əlavə edib ki, Şimali Afrikada və Yaxın Şərqdə yenidən alovlanan qeyri-sabitlik ocaqlarını görünür.

“İran, Venesuela, Suriya və digər ölkələrə münasibətdə ehtiraslar artır. Və postsovet məkanında on illərlə bir çox münaqişələri həll edə bilmədik: Dnestryanı, Ermənistan-Azərbaycan münaqişəsi. Üstəlik Ukrayna…”, – deyə Lukaşenko vurğulayıb.

O, Belarusun geosiyasi uçurumda yerləşdiyini, öz düşüncəsi ilə yaşadığını, Avrasiyanın mərkəzində yeganə sakit hissə olduğuna diqqət çəkib.

Lukaşenkonun sözlərinə görə, Rusiya Belarusu itirməkdən qorxur: “Axı, bizdən başqa həqiqətən də yaxın müttəfiqləri qalmayıb. Son zamanlarda Qərb bizə daha çox maraq göstərməyə başlayıb. Çin dost ölkənin sabitliyinə ciddi yanaşır. Cavabımızı hamı bilir: Belarus başqasına qarşı kimsə ilə dost deyil. Biz çoxvektorlu, ardıcıl, proqnozlaşdırıla bilən xarici siyasət tərəfdarıyıq”.

Həmçinin oxuyun

Avropa Komissiyası İrana qarşı sanksiyaları genişləndirə bilər

Avropa İttifaqının rəhbərliyi aprelin 14-nə keçən gecə İsrailə hücuma görə İrana qarşı sanksiyaların genişləndirilməsi məsələsinə …