Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / BVF Qafqaz və Orta Asiya Mərkəzi Banklarına tövsiyələr verib

BVF Qafqaz və Orta Asiya Mərkəzi Banklarına tövsiyələr verib

Qafqaz və Mərkəzi Asiya regionunda bank sektoru pandemiyadan yaxşı sovuşub, rentabellilik bərpa olunub, likvidlik və kapital buferləri güclənib.

 Bu, Beynəlxalq Valyuta Fondunun (BVF) may ayı üzrə “Regional iqtisadi inkişaf perspektivləri” adlı hesabatında öz əksini tapıb.

“Lakin mərkəzi banklar artan qlobal maliyyə gərginliyi fonunda maliyyə sabitliyi risklərini nəzərə almalı və davamlı monetar sərtləşdirmə nəticəsində yarana biləcək maliyyə sistemindəki zəiflikləri diqqətlə izləməlidir. Bank nəzarətçiləri bankların idarəetmə və risklərin idarə edilməsi sistemlərinin onların risk profillərinə uyğun olmasını təmin etməlidirlər”, – hesabatın müəllifləri qeyd ediblər.

BVF bildirib ki, pandemiyadan və regionda banklara dəstək tədbirlərinin ləğvindən sonra aktivlərin median gəlirliliyi 2020-ci ildəki 1,1 %-dən 3,9 %-ə yüksəlib. 1-ci dərəcəli kapital əmsalları qanunla müəyyən edilmiş minimum həddən 8,1 faiz bəndi yuxarı olan 16,7 % olmaqla, kapitallaşma səviyyələri yüksək olaraq qalıb. Qeyri-işlək kredit (NLP) əmsalları 2022-ci ildə orta hesabla 4,4 % təşkil edib.

“Regiondakı əksər banklar müştəri depozitlərinə və uzunmüddətli maliyyələşdirməyə güvənirlər ki, bu da ümumi maliyyələşdirmənin 90%-dən çoxunu təşkil edir”, – hesabatda deyilib. Report

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …