Ana səhifə / İqtisadiyyat / Bu şəxslər vergidən azad olunacaq – QƏRAR

Bu şəxslər vergidən azad olunacaq – QƏRAR

“Startapın müəyyən olunması meyarları”, “İnnovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin aparılması və “Startap” pasportunun verilməsi Qaydaları” təsdiq edilib.

Bu, Azərbaycan Respublikası Nazirlər Kabineti 20 və 21 nömrəli qərarlarında öz əksini tapıb.

Qərarlara əsasən, “Startap” şəhadətnaməsi əldə edən hüquqi və fiziki şəxslərə vergi güzəştləri tətbiq olunacaq. Belə ki, fərdi sahibkar kimi innovasiya fəaliyyəti göstərən fiziki şəxslər gəlir vergisindən, mikro və ya kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər isə mənfəət vergisindən  3 il müddətinə azad edilirlər.

Bundan əlavə, “İnnovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin aparılması və “Startap” pasportunun verilməsi Qaydaları”da müəyyən olunub. 

Reyestrin aparılmasının məqsədi ölkədə mövcud olan innovativ layihələrin mərkəzləşdirilmiş açıq məlumat bazasını yaratmaqla, ictimaiyyətin həmin məlumat bazasından şəffaf, çevik və səmərəli istifadəsinin təmin edilməsidir.

Həmçinin oxuyun

Elm və Təhsil Nazirliyi tender keçirmədən bu şirkətə 3,4 milyon ayıracaq

Elm və Təhsil Nazirliyi “Edumedia-Azərbaycan” MMC (VÖEN – 1401897631) ilə 3 satınalma müqaviləsi imzalayıb.Yeniavaz.com xəbər verir …