Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Bu il bank işçilərinin sayı 4% azalıb

Bu il bank işçilərinin sayı 4% azalıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında çalışan işçilərin ümumi sayı 2017-ci il oktyabrın 1-nə 16 340 nəfər təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, bu rəqəmlər sentyabrın 1-i ilə müqayisədə 173 nəfər və ya 1,1% çoxdur. İlin əvvəlindən isə bank işçilərinin sayı 607 nəfər və yaxud 3,6% azalılb.

Bu ilin sentyabr ayında banklara məxsus bankomatların sayı 9 ədəd azalaraq oktyabrın 1-nə 2 486 ədəd təşkil edib. İlin əvvəli ilə müqayisədə isə bankomatların sayında 25 ədəd və yaxud 1% artım qeydə alınıb.

Bank filialı ay ərzində 3 vahid azalaraq 557 ədəd, şöbələrin sayı dəyişməyərək 142 vahid təşkil edib. İlin əvvəli ilə müqayisədə filialların sayı 12 vahid azalıb, şöbələrin sayı əksinə, 11 vahid artıb.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …