Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / “BP”nin Azərbaycandakı nümayəndəliyi cərimələndi

“BP”nin Azərbaycandakı nümayəndəliyi cərimələndi

“BP Eksploreyşn (Şah Dəniz) Limited” Şirkətinin Azərbaycandakı nümayəndəliyinə cərimə protokolu yazılıb.

Şirkət barəsində Dövlət Gömrük Komitəsi qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.  

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Elməddin Hüseynovun icraatına verilib.

Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …