Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / İqtisadiyyat / Bakıda mənzillərin qiyməti yenidən bahalaşacaq

Bakıda mənzillərin qiyməti yenidən bahalaşacaq

Karantin rejiminin yumşalması, eyni zamanda mövsümi faktorlar təbii ki, daşınmaz əmlak bazarına müsbət təsir göstərəcək.
Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. R.Osmanlı bildirib ki, amma daşınmaz əmlak bazarında dinamikanın dəyişməsi üçün müəyyən müddət lazımdır: “Bu, qısamüddətli bir proses deyil. Bu baxımdan, hesab edirəm ki, daşınmaz əmlak bazarında dəyişikliklər olacaq, amma bunun üçün bir müddət gözləmək lazımdır.
Bütün hallarda hesab edirəm ki, təqribən fevral ayının ortalarından etibarən daşınmaz əmlak bazarındakı proseslər əsasən müsbət dinamika ilə müşahidə olunacaq. Yəni alqı-satqı əməliyyatları artacaq, bazara müraciətlər, fəallıq artacaq. Təbii ki, qiymət də arta bilər, xüsusən yeni tikililər, amma hesab etmirəm ki, belə əhəmiyyətli dərəcədə arta bilər. Yəni burada nisbi qiymət dəyişməsindən söhbət gedir.
Eyni zamanda, ipoteka kreditlərinin verilməsində canlanma müşahidə olunmaqdadır. Bu amillər hamısı təbii ki, bazara müsbət təsir göstərəcək”.

Həmçinin oxuyun

Fermerlərin heyvan saxlamağa marağı niyə azalıb? – VİDEO

Ölkədə mal-qara sayında azalma tendensiyası davam edir. Statistik rəqəmlər də ciddi azalmanın olduğunu göstərir. Dövlət …