Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanlı milyonçu 600 milyon dollardan imtina etdi

Azərbaycanlı milyonçu 600 milyon dollardan imtina etdi

“Mardan Palace”ın Türkiyə üzrə nümayəndəsi otelin “Rixos Group” tərəfindən alınacağı ilə bağlı KİV-də yayılan xəbərləri təkzib edib.
Bu barədə “eurasiadiary.com” məlumat yayıb.
“Bu sadəcə söz-söhbətlərdir. “Rixos” şəbəkəsinin “Mardan Palace”ın alınması üçün tələb olunan bu vəsaiti ayıracağı inandırıcı deyil.  Şəbəkənin müxtəlif ölkələrdə yeni otellərin inşasını davam etdirməsi də bunu deməyə əsas verir. Tikinti işləri hələ yekunlaşmayıb və onların maliyyələşməsi tələb olunur” deyə “Mardan Palace”ın adı açıqlanmayan nümayəndəsi bildirib.
Hazırda “Mardan Palace”ın bazar qiyməti 400 milyon dollar qiymətləndirilir. Açıqlama verən otel nümayəndəsinin sözlərinə görə, bundan əvvəl Qətərli investorlardan biri iri məbləğ – 600 milyon dollar təklif etsə də, Telman İsmayılov oteli ona satmaqdan imtina etmişdi. (Oxu.az)

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …