Cümə axşamı , May 9 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda orta aylıq əmək haqqı 2 manat 90 qəpik artdı – Rəsmi

Azərbaycanda orta aylıq əmək haqqı 2 manat 90 qəpik artdı – Rəsmi

Bu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 916 manat 80 qəpik olub.
Yeniavaz.com bu gün açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, orta aylıq nominal əmək haqqı əvvəlki dövr ilə (yanvar-aprel 2023) müqayisədə 2 manat 90 qəpik artıb. Belə ki, bu ilin yanvar-aprel aylarında orta aylıq əmək haqqı 913 manat 90 qəpik olub.
Məlumat üçün bildirək ki, ötən ilin əvvəlindən ötən dövr ərzində və bu ilin yanvar-may aylarında ölkədə orta aylıq nominal əmək haqqı aşağıdakı kimi olub:

2023-cü il
Yanvar – 856,2 manat
Yanvar-Fevral – 854,5 manat
Yanvar-Mart – 901,3 manat
Yanvar-Aprel – 913,9 manat
Yanvar-May –916,8 manat

2022-ci il
Yanvar – 765,9 manat
Yanvar-Fevral – 768,3 manat
Yanvar-Mart – 809 manat
Yanvar-Aprel – 824,7 manat
Yanvar-May – 825,3 manat
Yanvar-İyun – 827,1 manat
Yanvar-İyul – 831,3 manat
Yanvar-Avqust – 829 manat
Yanvar-Sentyabr – 827,4 manat
Yanvar-Oktyabr – 827,9 manat
Yanvar-Noyabr – 829,9 manat
Yanvar-Dekabr – 839,4 manat

Həmçinin oxuyun

Orta Dəhlizdə ortaq maraqlar: “Brüssel ilə Pekin arasında…”

“Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu həm Avropa İttifaqı, həm də Çin …