Bazar ertəsi , May 20 2024
Ana səhifə / İqtisadiyyat / Yunis İldırımzadənin ləğv prosesində olan bankının yarım milyon vergi borcu var

Yunis İldırımzadənin ləğv prosesində olan bankının yarım milyon vergi borcu var

Ləğv prosesində olan “Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) külli miqdarda vergi borcu var.
Qaynarinfo xəbər verir ki, bankın bu günə olan vergi borcu 470 334, 24 AZN təşkil edir.
“Amrahbank” ASC 28 dekabr 1993-cü ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 39 844 400 AZN olan bankın qanuni təmsilçisi Piriyev Tural Qüdrət oğludur. 
Bankın sahibi isə Yunis İldırımzadədir. O, 1993-cü ildən “Amrahbank” ASC-nin Müşahidə Şurasının sədridir. Yeri gəlmişkən, “Amrahbank” Yunis İldırımzadənin oğlunun adını daşıyır. 

Bir müddət əvvəl Yunis İldırımzadənin oğlu Əmrah İldırımzadənin adı “Günay Bank işi”ndə hallanırdı. Həmin vaxt yayılan məlumatlarda deyilirdi ki, o, “Günay Bank”ın sədr müavini olmuş Emin Zeynalova faizə 300 min ABŞ dollar pul verib.
Yunis İldırımzadə Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadənin qardaşıdır. 
Mərkəzi Bankın 28 aprel 2020-ci il tarxili qərarı ilə “Amrahbank” ASC-nin lisenziyası ləğv edilib. 

Həmçinin oxuyun

İmişli fermerlərinin ciddi problemləri var-Video

İmişliyə getmişdim. Rayon sakinlərindən biri boyukmillet.com-a müraciət etmişdi. Getdik ki, şikayəti ilə yerində tanış olaq, öz …