Bazar ertəsi , May 20 2024
Ana səhifə / Sosial / Restoran menyularında servis haqqı qeyd olunmalıdır? – Video

Restoran menyularında servis haqqı qeyd olunmalıdır? – Video

Restoranlarda servis haqqı məsələsi tez-tez müzakirələrə çevrilir. Xüsusilə menyuların əksəriyyətində xidməthaqqının qeyd edilməməsi, bəzən isə 10 faizdən çox olması müştərilərin narazılığına səbəb olur. Elə bu günlərdə sosial şəbəkələrdə yayılan foto da birmənalı qarşılanmayıb.
“Xəbər Ertəsi”nin vatsap nömrəsinə gələn müraciətlərdən də görünür ki, bəzi restoranlarda müştərilərdən hətta 20-25 faiz servis haqqı tutulur.
Bildirilir ki, müxbirlər vəziyyəti dəqiqləşdirmək üçün bəzi restoranlara müştəri kimi daxil olublar. Ancaq kadrlardan göründüyü kimi, menyularda servishaqqına dair heç nə yazılmayıb. İaşə obyenktlərinin əməkdaşları da sözügedən məlumatın menyuda qeyd edilmədiyini təsdiqlədilər və əlavə şərh vermək istəmədilər.
Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:

Həmçinin oxuyun

“Belarus Qarabağda 420 ailəlik yaşayış məntəqəsi tikəcək”

“Belarus Qarabağda 420 ailəlik yaşayış məntəqəsi inşa etməyi planlaşdırır”. “Qafqazinfo” “Belta”ya istinadən xəbər verir ki, …