Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan nefti kəskin ucuzlaşaraq 75 dollara düşdü

Azərbaycan nefti kəskin ucuzlaşaraq 75 dollara düşdü

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,65 ABŞ dolları, yaxud 0,86 % azalıb.
Belə ki, “Azeri Light”ın bir barelinin qiyməti 74,75 ABŞ dolları təşkil edib.
Dünən hərracların nəticələrinə görə “Brent” markalı neftin may fyuçersləri isə 73,79 ABŞ dollarına satılıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …