Cümə axşamı , May 2 2024
Ana səhifə / İqtisadiyyat / Avstriyadan idmançılarına operativ yardıma görə – Azərbaycana təşəkkür

Avstriyadan idmançılarına operativ yardıma görə – Azərbaycana təşəkkür

Avstriyanın Milli Olimpiya Komitəsinin prezidenti qəzada yaralanan idmançılarına göstərdiyi yardıma görə Azərbaycan hökumətinə təşəkkür edib.

Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, MOK prezidenti Karl Ştosun sözlərinə görə, avtomobil qəzasında ağır yaralanan 15 yaşlı Vanessa Şahinoviç ölkəsinə göndərildikdən sonra dərhal əməliyyat olunub. Yüngün xəsarət alan Verena Breyt isə Bakıda qalsa da yarışlara qatıla bilməyib:

“Biz öyrənəcəyik ki, niyə belə bir şey baş verib. Eyni zamanda, qısa zamanda idmançıların evlərinə geri qaytarılmasını təşkil etdiyi üçün yerli nəqliyyat təşkilatçılığına təşəkkür edirəm. Bu dəhşətli hadisə idi. Digər tərəfdən gələcəyə baxmaq lazımdır, öz komandamıza güvənməliyik”.

Qeyd edək ki, Bakıdakı Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda baş verən qəzada 3 avstriyalı yaralanmışdı. Yaralılardan ikisi dərhal xüsusi tibbi təyyarə ilə ölkələrinə geri göndərilmişdilər.

Hazırda Avstriyanın  sinxron üzgüçülərindən ehtiyatında cəmi bir idmançı qaldığından bu ölkə avtomatik olaraq qrup yarışlarında iştirakdan məhrum olub.

Həmçinin oxuyun

İpotekaya xitam verilən hallar genişləndi

İpotekaya xitam verilən hallar genişlənib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İpoteka haqqında” Qanuna dəyişiklikdə əksini tapıb. Qanuna …

Bir cavab yazın