Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Avropa bankı Eldar Mahmudova görə bağlandı – Çirkli pullar…

Avropa bankı Eldar Mahmudova görə bağlandı – Çirkli pullar…

Latviyanın böyük banklarından biri olan ABLV bankının səhmdarları bankın ləğvi haqqında qərar veriblər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı bankı mətbuat xidməti yayıb. Bank ləğv edilməyi ilə bağlı əlavə informasiya verməkdən imtina edib.

“Haqqin.az” saytı ABLV-nin Bakıda ofisinin olduğunu bildirib. Sayt bankın ofisinin İçərişəhərdəki biznes mərkəzlərdən birində yerləşdiyini vurğulayıb. Saytın mənbəsi məhz bu bankın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və Beynəlxalq Bankın İdarə Heyətinin eks-sədri Cahangir Hacıyevin pullarını ofşorlara köçürdüyünü bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ Maliyyə Nazirliyi ABLV bankına sanksiyalar tətbiq edəcəyini bəyan edib. Bank Şimali Koreyanın nüvə proqramına yardım üçün pulların yuyulması, eləcə də Azərbaycan, Rusiya və Ukraynadakı qeyri-leqal fəaliyyətlərdə ittiham olunub.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …