Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / ARDNF-nin “Şahdəniz”dən gəlirləri üç dəfə artıb

ARDNF-nin “Şahdəniz”dən gəlirləri üç dəfə artıb

Ötən il Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 884 793 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə üç dəfə çoxdur.

ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, o cümlədən, Fondun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2021-01.01.2022 tarixinə) 302 817 min dollar olub, bu da 35,5% artım deməkdir.

Məlumata görə, ARDNF-nin “Şahdəniz” yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri (2007-ci ildən etibarən) 4 551 mln. dollar (01.01.2022 tarixinə) təşkil edib.

Xatırladaq ki, ötən il (01.01.2020 – 01.01.2021 tarixinə) ARDNF “Şahdəniz” yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 293,9 mln. ABŞ dolları (223,4 mln. dolları kondensatın payına düşüb) təşkil edib.

Qeyd edək ki, “Şahdəniz” yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …