Cümə axşamı , May 2 2024
Ana səhifə / İqtisadiyyat / ADIF-in ölkə Prezidenti qarşısında öhdəliyi ləğv edildi

ADIF-in ölkə Prezidenti qarşısında öhdəliyi ləğv edildi

Prezident İlham Əliyev “Əmanətlərin sığortalanması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Dəyişikliyə əsasən, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) illik hesabatını və audit rəyini ölkə Prezidentinə təqdim etməsi barədə öhdəlik ləğv edilib. 
Fond bundan sonra illik hesabatını və audit rəyini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), maliyyə bazarlarına nəzarət orqanına və Himayəçilik Şurasında təmsil olunan təşkilatlara təqdim edəcək. 

Həmçinin oxuyun

Gömrük Komitəsi qanunsuz metodla “Lukoyl”dan dizel alır

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.Hava …