Ana səhifə / Cəmiyyət / Ayda 5000 manat maaş alan deputat nəyin dərdini çəkir?

Ayda 5000 manat maaş alan deputat nəyin dərdini çəkir?

Milli Məclisin deputatı Razi Nurullayev sosial şəbəkədəki növbəti paylaşımı ilə yenidən gündəm olub. Millət vəkili bu dəfə qəlyan çəkdiyi yerdə paylaşdığı şəklə görə tənqid olunub.

Dəbdəbəli istirahət mərkəzlərinin birində dincələn deputat həmin anı fotokameranın yaddaşına köçürtdürüb.

O, paylaşdığı fotoya bu sözləri əlavə edib: “Dərd çəkirik, qəm çəkirik, bir az da qəlyan çəkək”.

 Millət vəkilinin bu sözləri sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.  İzləyiciləri parlamentariyə qəlyan çəkməyin pis vərdiş olduğunu xatırladıblar.

Onlar millət vəkilinin bu davranışı ilə gənclərə yaxşı nümunə olmadığını vurğulayıblar.

Deputatın dərd-qəm çəkdiyinə inanmayanlar da olub. “Ayda 5 min manat maaş alan deputat görəsən nəyin dərdini çəkir” məzmunlu şərh yazanlar da tapılıb.

Qeyd edək ki, Razi Nurullayev bir müddət əvvəl çiçəklərin arasında çəkdirdiyi şəklə yazdığı “gül-çiçəkdən xoşum gəlir, amma Qazan xan oğlu Tural deyiləm” məzmunlu paylaşımla gündəmə gəlmişdi.

Həmçinin oxuyun

Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi polkovnik Nəriman Cabbarov sərəncama götürülüb. “Unikal”ın əldə etdiyi …