Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Sabah Azərbaycan millisi Makedoniya ilə oyuna itki ilə çıxacaq

Sabah Azərbaycan millisi Makedoniya ilə oyuna itki ilə çıxacaq

Azərbaycan milli komandası Makedoniya yığması ilə martın 27-də Türkiyənin Antalya bölgəsində keçirəcəyi yoldaşlıq görüşü ərəfəsində futbolçu itkisi ilə üzləşib.

Millinin mətbuat xidmətindən verilən məlumatına görə, Ukrayna “Aleksandriya”sından dəvət olunmuş Pavel Paşayev zədələnib. 30 yaşlı müdafiəçi martın 23-də Belarusla qarşılaşmada ayağından xəsarət alıb. Nəticədə o, 46-cı dəqiqədə yerini digər legioner Dmitri Nazarova verib. Paşayev hazırda millinin düşərgəsində olsa da, sabahkı matçda çıxış etməyəcək.

Qeyd edək ki, “Mardan” stadionunda keçiriləcək Azərbaycan – Makedoniya matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …