Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Şəhriyar Məmmədyarov dörddəbir finala vəsiqə qazandı

Şəhriyar Məmmədyarov dörddəbir finala vəsiqə qazandı

Qran-Pri pley-off sistemi üzrə keçirilir

İyulun 13-də Riqada Beynəlxalq Şahmat Federasiyasının (FIDE) və “World Chess” şirkətinin birgə təşkilatçılığı ilə “Grand Prix 2019” seriyasının ikinci mərhələsi çərçivəsində cavab oyunları keçirilib.

Bu yarışda Azərbaycanı təmsil edən qrossmeyster Şəhriyar Məmmədyarovun rusiyalı şahmatçı Daniel Dubovla ikinci oyunu şahmatçımzın qələbəsi ilə başa çatıb. Ş.Məmmədyarov bununla da turnirin dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, iyulun 12-də şahmatçımız rəqibi ilə ilk oyununu heç-heçə başa vurmuşdu.

Qran-Pri pley-off sistemi üzrə keçirilir. Yarışda göstərilən nəticələrə görə şahmatçılar xal qazanacaqlar. Sonda yığılan xallara görə ilk iki yeri tutmuş şahmatçılar iddiaçılar turnirinə vəsiqə əldə edəcəklər.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …