Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Rafael Ağayevdən növbəti qələbə

Rafael Ağayevdən növbəti qələbə

Azərbaycan yığmasının və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti döyüşünü keçirib. 

Belə ki, 5 qat dünya və 11 qat Avropa çempionu peşəkarlar arasında “Karate Combat”da ikinci sınağına çıxıb. 75 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz macarıstanlı Jolt Habda ilə qarşılaşıb. Ağayev bu görüşdə qələbə qazanıb. Bu, onun “Karate Combat”da ikinci qələbəsidir.
Rafael 2018-ci ildə Dominikan karateçisi Dionisio Qustavonu məğlub edib.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …