Ana səhifə / İdman / Qurban Qurbanovdan istefa qərarı

Qurban Qurbanovdan istefa qərarı

Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsindən ayrılmaqla bağlı qərar verib.

Bu haqda Qol.az saytına açıqlamasında Q.Qurbanovun özü bildirib.

Qeyd edək ki, dünən Q.Qurbanov milliyə baş məşqçi təyin olunduqdan sonra onun AFFA İcraiyyə Komitəsindəki vəzifəsində qalıb-qalmayacağı maraq doğururdu.

Qurban Qurbanovun sözlərinə görə, o, iki işdə – milli komanda və “Qarabağ”dakı fəaliyyətinin çoxluğu ilə əlaqədar İcraiyyə Komitəsinin üzvlüyündən ayrılmaqla bağlı AFFA-ya müraciət edib.

Həmçinin oxuyun

Avropanı mat qoyan azərbaycanlı şahmatçı xanımın məşqçisi DANIŞDI – VİDEO

“2023-cü ildə Bakıda keçirilən Dünya Kuboku Ülviyyə Fətəliyeva üçün uğurlu olub. O bu yarışda iki …