Ana səhifə / İdman / “Qarabağ”ın cavab oyununa fransalı hakimlər təyinat aldı

“Qarabağ”ın cavab oyununa fransalı hakimlər təyinat aldı

Avropa Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək HİK – “Qarabağ” cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

AzVision.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Fransa Futbol Federasiyasından Villi Delayod idarə edəcək. Ona həmyerliləri Ervan Finyean, Filip Jeanne köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 17-i Finlandiyada keçiriləcək HİK – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Həmçinin oxuyun

Avropanı mat qoyan azərbaycanlı şahmatçı xanımın məşqçisi DANIŞDI – VİDEO

“2023-cü ildə Bakıda keçirilən Dünya Kuboku Ülviyyə Fətəliyeva üçün uğurlu olub. O bu yarışda iki …