Ana səhifə / Siyasət / “Ermənilər seçim etməlidir ki, bu yoldan istifadə edəcəklər, yoxsa yox?” – Fərid Şəfiyev

“Ermənilər seçim etməlidir ki, bu yoldan istifadə edəcəklər, yoxsa yox?” – Fərid Şəfiyev

“Ermənilər seçim etməlidir ki, Ağdam-Xankəndi yolundan istifadə edəcəklər, yoxsa yox? Həqiqət isə bundan ibarətdir ki, onlar gec-tez bu yol ilə gedib-gələcəklər”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O, Rusiyanın “КоммерсантЪ” nəşrinin Ağdam-Xankəndi yolunun açılması ilə bağlı yazdığı sonuncu məqaləyə münasibət bildirib.

Xatırladaq ki, rus nəşri həmin yolun əvvəl-axır açılacağına və bununla da Azərbaycanın regionda reinteqrasiya prosesini sürətləndirəcəyini qeyd edib. Nəşrin yazdığına görə, Moskvada vəziyyəti çox mürəkkəb qiymətləndirirlər və hesab edirlər ki, Bakı güzəştə getməyəcək.

F. Şəfiyevin fikrincə isə Laçın yoluna gəldikdə bu yol Beynəlxalq Qırmızı Xaç Komitəsi və tibbi məqsədlər üçün açıq qalacaq:

“Amma əsas yol Ağdamdan olacaq. Bu, reinteqrasiyanın növbəti addımıdır. Baxmayaraq ki, təzyiqlər var, o cümlədən Ermənistan BMT-nin Təhlükəsizlik Şurasına müraciət edib. Bizim üçün diplomatik cəhətdən ən təsirli ola biləcək məqam isə Təhlükəsizlik Şurasında hər hansı bir sənədin və yaxud qətnamənin qəbul olunmasıdır. Lakin bu ehtimal böyük görünmür”.

“Ona görə ki, ərazi bizimdir, habelə beynəlxalq ictimaiyyət tərəfindən bu torpaqlar Azərbaycan ərazisi kimi tanınır. 2020 və 2022-ci ildə Fransa tərəfindən 2 dəfə cəhd olunub ki, BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı sənədlər qəbul edilsin, amma bu uğursuzluqla nəticələnib. Ona görə də ermənilər əvvəl-axır bu reallıqlarla barışacaq”, – müsahibimiz fikirlərini tamamlayıb.

Həmçinin oxuyun

Fərəc Quliyev: “Partiyam seçkilərə qatılacaq, özüm isə…”

Milli Dirçəliş Hərəkatı Partiyası da parlament seçkilərində iştirak edəcək. Bu barədə Qaynarinfo-ya açıqlamasında partiyanın sədri …