Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / “Qarabağ” xorvatiyalı futbolçu ilə razılığa gəldi

“Qarabağ” xorvatiyalı futbolçu ilə razılığa gəldi

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Qarabağ” daha bir futbolçusu ilə razılığa gəlib.

“Report”un məlumatına görə, Ağdam təmsilçisi xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçlə müqavilənin müddətini uzadıb.

30 yaşlı oyunçu “köhlən atlar”la 2 illik yeni sözləşməyə imza atıb. Klub yaxın vaxtlarda bunu rəsmən açıqlayacaq.

Qeyd edək ki, Filip Ozobiç 2018-ci ildən “Qarabağ”da çıxış edir. O, daha əvvəl Azərbaycanda “Qəbələ”nin formasını geyinib.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …