“Report”un məlumatına görə, açılış oyununda “Zirə” artıq çempionluğunu təmin etmiş “Qarabağ”ı qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda keçirilmiş qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Tərəflər ilk yarıda qol vura bilməyiblər. İkinci hissədə isə əvvəlcə “Qarabağ” fərqlənib. 55-ci dəqiqədə Donald Gerrye hesabı açıb. Lakin 61-ci dəqiqədə Aleksandr Dedov bərabərlik qolunu vurub. Bununla belə, uzatma dəqiqələrində Miçel qələbə topunun müəllifi olub.

Bununla da “Zirə”nin qış fasiləsindən sonra qələbəsiz oyunlar seriyası 11-ə çatıb. Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv 35 xalla 5-ci pillədə qalıb. İlk pillədəki “Qarabağ” isə xallarını 62-yə çatdırıb.

Qeyd edək ki, turun qalan oyunları həftəsonu keçiriləcək. Aprelin 28-də “Keşlə” “Neftçi”ni, “Qəbələ” “Kəpəz”i qəbul edəcək. Ertəsi gün isə “Sumqayıt” – “Səbail” dueli baş tutacaq.

Topaz Premyer Liqası

XXV tur

27 aprel

19:00. “Zirə” – “Qarabağ” – 1:2

Qollar: Aleksandr Dedov, 61 – Donald Gerye, 55. Miçel, 90+3

Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Elman Musayev, Vüqar Həsənli

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Vüsal Əliyev

İlk üç dövrə – 0:0, 2:3, 0:2

Zirə İdman Kompleksinin stadionu