Bazar ertəsi , May 6 2024
Ana səhifə / İdman / Putin isə Kralın varisinə təskinlik verdi

Putin isə Kralın varisinə təskinlik verdi

Bu gün DÇ-2018-də ilk oyunda Rusiya millisi ilə Səudiyyə Ərəbistanı ilə qarşılaşır.

Strateq.az bildirir ki, 78 mindən çox azarkeşin izlədiyi oyunun 12-ci dəqiqəsində Rusiya millisinin oyunçusu Qazinski baş zərbəsi ilə hesabı açıb: 1 – 0.

Qeyd edək ki, bu qol vurularkən matçı canlı izləyən Putin Səudiyyə şahzadəsi Məhəmməd bin Salman Əl Səudə jest edərək, onun əlini sıxıb.

42-ci dəqiqədə isə Çereşev ikinci qolu ərəblərin qapısından keçirib.

70-ci dəqiqədə isə Dzyuba 3-cü qolu vurub.

90-cə dəqiqədə ruslar daha bir qol vurublar – 4:0

Bu qoldan 3 dəqiqə sonra isə ruslar daha bir qol vurublar – 5-0

Belələklə, oyun bu hesabla başa çatıb.

Onu da qeyd edək ki, son qoldan sonra Putin növbəti dəfə Səudiyyə kralının varisinə əli ilə “neyləmək olar?” görüntüsü ilə təskinlik verib. Şahzadə isə qəmgin halda başı ilə razılıq edib.

Həmçinin oxuyun

“Real Madrid” İspaniya çempionu oldu

“Real Madrid” İspaniya “La Liqa”sında cari mövsümünün qalibi olub. Komanda doğma meydanda “Kadis” klubuna üç …