Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Putin hokkey matçının bombardiri oldu – VİDEO

Putin hokkey matçının bombardiri oldu – VİDEO

Rusiyanın dövlət başçısı Vladimir Putin Soçidə keçirilən qala-matçda “Hokkey əfsanələri” komandasının heyətində seçilib.

RenTV xəbər verir ki, 11 nömrə ilə çıxış edən Putin rəqib komandanın qapısına nə az, nə çox, beş şayba vurub.

Gecə Hokkey Liqasının yığmasına qarşı keçirilən matçda Rusiyanın müdafiə naziri v.i.e. Serqey Şoyqu onunla komanda yoldaşı olub.

Hesab prezidentin komandasının 12:7 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Rusiyanın Gecə Hokkey Liqasında ilk qala-matç 2012-ci ildə keçirilib .

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …