Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / “Neftçi” mebelli mənzil, çoxlu pul, maşın vəd etdi, razılaşmadım“

“Neftçi” mebelli mənzil, çoxlu pul, maşın vəd etdi, razılaşmadım“

Ukrayna millisinin və Moskva ÇSKA-sının sabiq futbolçusu Timerlan Hüseynov maraqlı açıqlaması ilə diqqəti cəlb edib.

Əslən Dağıstan kumıkı olan Hüseynov məşhur “Komanda” qəzetinə verdiyi müsahibədə Azərbaycanla bağlı məsələyə də toxunub.

52 yaşlı sabiq hücumçu 1987-1988-ci illərdəki ÇSKA karyerası vaxtı “Neftçi”dən təklif aldığını bildirib:

“Bir çox komanda məni istəyirdi. Xüsusən Bakının “Neftçi” klubu məni transfer etməyə çalışırdı. Qərara almışdılar ki, Hüseynovamsa, deməli, azərbaycanlıyam. Anamın ukraynalı olmasına baxmayaraq, mən ki Dağıstandan, Buynaksk şəhərindən idim.

ÇSKA-2 Xankəndinə yerli “Qarabağ”la oynamağa gedəndə məni Bakıda “Neftçi” nümayəndələri qarşıladı. Mebelli mənzili göstərməyə apardılar, çoxlu pul, maşın vəd etdilər. Ancaq mən bu keçidə razılaşmadım. Bir il sonra isə Qarabağ münaqişəsi başlandı”.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …