Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Nəhayət ki, Azərbaycan millisi FİFA reytinqində irəlilədi

Nəhayət ki, Azərbaycan millisi FİFA reytinqində irəlilədi

FIFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb. Azərbaycan millisi ötən ayla müqayisədə 1 pillə irəliləyib.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv hazırda 1207 xalla 107-ci pillədə qərarlaşıb.

UEFA Millətlər Liqasında D Liqasının 3-cü qrupundakı rəqiblərdən Kosovo yığması 1 pillə irəliləyərək 1099 xalla 137-ci yeri tutub. Malta isə öz mövqeyini qoruyaraq 927 xalla 183-cü yerdədir. Farer adaları isə 3 pilllə geriləyib. Komanda 1251 xalla 95-cidir.

FIFA-nın reytinq siyahısına 1723 xalla Belçika başçılıq edir. Fransa 1732 xalla ikinci, Braziliya isə 1669 xalla üçüncüdür.

Türkiyə yığmasının reytinqdə mövqeyi dəyişməyib. Qonşu ölkə 1449 xalla 38-cidir.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …