Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / “Messi meydana çıxmayanda özünü daha yorğun hiss edir” – Kuman

“Messi meydana çıxmayanda özünü daha yorğun hiss edir” – Kuman

“Barselona”nın baş məşqçisi Ronald Kuman La Liqanın 6-cı turunda “Xetafe” ilə oyundan öncə komandasının durumu haqda danışıb.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis kapitan Lionel Messinin sıx oyun qrafikinə görə çətinlik çəkmədiyini bildirib:

“Hər oyunda qələbə qazanmaq üçün ən yaxşısını etmək istəyirik. Milli komandaların oyunlarından sonra futbolçularda yorğunluq olduğunu bilirik. Amma hər kəs “Barselona”ya həvəs və sevinclə qayıtdı.

Messinin vəziyyətinə gəldikdə isə onunla bağlı hələ qərar verməmişik. Məncə o, qarşıdakı 4 matçın hər birində (“Xetafe”- La Liqa, “Ferensvaroş” – Çempionlar Liqası , “Real” – La Liqa, “Yuventus” – Çempionlar Liqası) oynaya bilər. Futbolçularla danışıb, sonra qərar verəcəyəm. Ancaq Leo illərdir ki, çox sıx bir cədvəldə oynayır. O, meydana çıxmayanda özünü daha yorğun hiss edir. Hər hansı bir tibbi problem varsa, bu başqa məsələdir”.

Qeyd edək ki, bu gün keçiriləcək “Xetafe” – “Barselona” görüşü Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …