Bazar ertəsi , May 6 2024
Ana səhifə / İdman / “Marsel“in baş məşqçisi: “Qarabağ“la oyun fərqli təcrübə olacaq“

“Marsel“in baş məşqçisi: “Qarabağ“la oyun fərqli təcrübə olacaq“

“Bu oyun hər kəs üçün fərqli təcrübə olacaq”. 

“Report”un “Ledauphine” nəşrinə istinadən məlumatına görə, Fransanın “Marsel” klubunun baş məşqçisi Xorxe Sampaoli Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl deyib.

62 yaşlı mütəxəssis oyunlar arasında vaxt azlığının ən böyük çətinlik olduğunu bildirib: “Bu görüşə hazır olmalıyıq. Vaxt azlığı səbəbindən hər təfərrüat nəzərə alınacaq”.

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda “Qarabağ” 1:3 hesabı ilə uduzub.

Həmçinin oxuyun

“Real Madrid” İspaniya çempionu oldu

“Real Madrid” İspaniya “La Liqa”sında cari mövsümünün qalibi olub. Komanda doğma meydanda “Kadis” klubuna üç …