Ana səhifə / Siyasət / “İnsidentin baş verəcəyini Pənah bəy əvvəldən bilməliydi“

“İnsidentin baş verəcəyini Pənah bəy əvvəldən bilməliydi“

Ötən gün Rauf Arifoğlunun aparıcılığı ilə yayımlanan “Dərin Təhlil” verilişində dava düşüb. Qonaqlardan keçmiş Baş nazir Pənah Hüseynlə politoloq, AzTV-nin İctimai-siyasi proqramlar redaksiyasının baş redaktoru Tofiq Abbasov arasında mübahisə yaranıb. Mübahisə sonradan təhqirə keçdiyi üçün davaya çevrilib. 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenisabah.az-a açıqlamasında deyib ki, ciddi məsələnin mahiyyəti kənarda qalıb, qeyri-ciddi məsələnin önə çəkilməsi yanlışdır:

“Ümumiyyətlə, çox ciddi milli məsələlər müzakirə edilərkən, şəxsi etik normaları pozmaq və yaxud da ciddi məsələnin kənara qalıb, qeyri-ciddiyə diqqət ayırmaq mənə elə gəlir ki, tamamilə yanlışdır. Orada adi “sən mənə niyə bəy dedin, mən sənə niyə nökər dedim” bu sözün üzərində dayanmaq düzgün deyil”.

S.Cəlaloğlu qeyd edib ki, insidentin baş verəcəyini Pənah Hüseyn əvvəldən başa düşməli idi:

“Rusiya-Azərbaycan arasında “Müttəfiqlik müqaviləsi” məsələsi müzakirə olunurdu. Bu müzakirə qaldı kənarda, onların davası gündəmə gəldi. Bunu qabaqcadan Pənah bəy başa düşməli idi ki, burada insident olacaq. İnsident çıxacağı təqdirdə də burada vacib məsələ kənarda qalacaq, qeyri-ciddi bir məsələ önə keçəcək”.

Həmçinin oxuyun

Müsavatın dialoqda iştirakına etiraz: Vəfa Cümşüdlü partiyadan istefa verdi

Müsavat Partiyasının keçmiş Divan üzvü və sabiq Qadınlar Təşkilatının sədri Vəfa Cümşüdlü partiyadan istefa verib. …