Şənbə , Yanvar 29 2022
Ana səhifə / İdman / Mariya Stadnik 3000 dollar qazandı

Mariya Stadnik 3000 dollar qazandı

Dünya Güləş Birliyi (UWW) ilin ən yaxşı qadın güləşçilərinin reytinqini açıqlayıb. İlk üçlüyə Azərbaycan millisinin üzvü Mariya Stadnik (50 kq) də daxil olub. Güləşçimiz 60 xal toplayaraq 3000 dollar məbləğində mükafata sahib olub.

Qeyd edək ki, güləşçilərin xalları onların Olimpiada, Dünya və Avropa çempionatlarında, eləcə də reytinq turnirlərində çıxışı hesabına formalaşır.

Mükafata gəlincə, bu il 600 000 ABŞ dolları təşkil edən ümumi mükafat fondu on çəki kateqoriyasında ilk üç yeri tutanlar arasında bölünüb. Birincilər 10 000, ikincilər 7 000, üçüncülərsə 3 000 dollar qazanıb.

Həmçinin oxuyun

“Marsel” – “Qarabağ” oyunu neytral ölkədə keçirilə bilər

“Qarabağ”ın Fransada “Marsel”ə qarşı keçirlməli olduğu UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk qarşılaşması neytral ölkədə …