Bazar ertəsi , May 20 2024
Ana səhifə / İqtisadiyyat / Rusiya Azərbaycanın daha 12 müəssisəsinə pomidor və alma idxalına icazə verib

Rusiya Azərbaycanın daha 12 müəssisəsinə pomidor və alma idxalına icazə verib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) dekabrın 6-dan Azərbaycanın daha 12 müəssisəsinə pomidor və alma tədarükünə icazə verib.

Bu barədə agentliyin saytında məlumat verilib.

Məlumata görə, “Rosselxoznadzor” dekabrın 6-dan 7-si pomidor, 5-i isə alma istehsal edən 12 müəssisədən pomidor və alma idxal edəcək.

Qeyd edək ki, “Rosselxoznadzor” ötən il dekabrın 10-dan Azərbaycandan alma və pomidorun tədarükünə müvəqqəti məhdudiyyətlər qoyub. Xidmət xatırladır ki, onlarda Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdu aşkarlanıb./report

Həmçinin oxuyun

İqtisadiyyatda şəffaflaşma davam etməlidir – TƏHLİL

İqtisadiyyatımızda şəffaflaşma prosesi genişləndikcə əmək müqavilələrinin, aktiv vergi ödəyicilərinin sayı getdikcə artır. Bu isə avtomatik …