Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Latviyalı şahmatçı fırıldaqçılığa görə turnirdən uzaqlaşdırıldı

Latviyalı şahmatçı fırıldaqçılığa görə turnirdən uzaqlaşdırıldı

Beynəlxalq Şahmat Federasiyası latviyalı şahmatçı İqor Rausisi oyunlar zamanı telefondan istifadə etdiyi üçün turnirdən uzaqlaşdırıb.

Federasiya tərəfindən sübutlar toplanılaraq Etika komitəsinə göndərilib. 58 yaşlı qrossmeyster uzun illərdir ki, müxtəlif beynəlxalq yarışlarda Latviya, Banqladeş və Çexiyanı təmsil edir.

FIDE-nin baş direktoru Emil Sutovski şəxsi “Facebook” səhifəsində yazıb ki, İqor Rausisin oyun zamanı hərəkətləri uzun müddətdir şübhə doğururdu. Bu qərar şahmat yarışlarında yaşanan və yaşana biləcək fırıldaqçılıqla mübarizədə ilk addım olub.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …