İspaniyanın “Rekrativo” klubu müflis elan edilib. Bu barədə “AS” nəşri xəbər yayıb.
Bildirilib ki, Uelva şəhərinin bələdiyyəsi klubun bütün borclarını ödəməyi öhdəliyinə götürüb. Belə olan halda isə “Eurosamop” şirkəti klubu 1 avro rəmzi məbləğə satın alacaq.
Maraqlıdır ki, “Rekreativo” İspaniyanın ən qədim klubudur. Bu komanda 1889-cu ildə – “Barselona”dan 10, “Real”dan isə 13 il əvvəl yaradılıb.