Ana səhifə / İdman / İngiltərə Premyer Liqasının oyunu yarımçıq dayandırıldı

İngiltərə Premyer Liqasının oyunu yarımçıq dayandırıldı

İngiltərə Premyer Liqasının 17-ci turunun “Bornmut” – “Luton Taun” matçı yarımçıq dayandırılıb.

Buna qonaq komandanın kapitanı Tom Lokyerin huşunu itirərək yerə yıxılması səbəb olub.

Görüşün 59-cu dəqiqəsində 29 yaşlı futbolçu rəqiblə heç təmas olmadığı anda qazona yıxılıb. Hər iki komandanın fizioterapevtləri və həkimləri dərhal onun köməyinə gəliblər. Bundan sonra futbolçu xərəkdə tribuna otağına aparılıb və azarkeşlər ayağa qalxaraq onu alqışlayıblar.

Əvvəlcə baş hakim Saymon Huper futbolçuları meydandan çıxararaq matçı dayandırıb. Daha sonra hakimlərlə danışıqlardan sonra görüş təxirə salınıb. Qarşılaşma təxirə salınan vaxtda hesab 1:1 olub.

“Luto Taun” Lokyerin oyun zamanı ürəyinin dayandığını açıqlayıb. 29 yaşlı oyunçu sonradan özünə gəlib. O, hazırda xəstəxanadadır.

Həmçinin oxuyun

Elcan Hacıyev Avropa çempionu oldu

Aprelin 27-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatının son günündə Elcan Hacıyev (-90 …