Bazar ertəsi , May 13 2024
Ana səhifə / Sosial / “Bakıda tıxacların artmasının iqtisadi bir səbəbi də var”

“Bakıda tıxacların artmasının iqtisadi bir səbəbi də var”

“Bakıda artıq tıxacın günü, saatı yoxdur”.
Bu barədə iqtisadçı Rövşən Ağayev özünün sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, tıxacların artmasının, həmçinin mühüm bir iqtisadi səbəb də var:
“Bakı-Sumqayıt yolunda şənbə-bazar, hətta axşam saat 10-11 arası belə tıxac insanları boğur.
Şəhərin mərkəzində də oxşar vəziyyətdir.
Ağır tıxacın olmamalı olduğu günorta saatlarında belə küçələrdə fəlakət yaşanır.
Bunun xaotik məskunlaşmadan və qeyri-effektiv ictimai nəqliyyatdan qaynaqlanan çox səbəbləri var və sahə mütəxəssisləri, blogerlər bunları zaman-zaman dilə gətirirlər.
Amma güman ki, burada mühüm bir iqtisadi səbəb də var: paytaxtda normal iş şəraitinə, iş intizamına malik iş yerlərindən daha çox, insanları hüquqa uyğun normal məşğulluq şərtlərilə təmin etməyən iş yerləri üstünlük təşkil edir.
Söhbət o iş yerlərindən gedir ki, qeyri-formaldır, iş saatları normadan artıqdır, səhərdən gecəyə kimi davam edir, yaxud layiqli əmək haqqı olmadığındına insanlar gün içində yarımçıq iş saatları ilə fərqli iş yerlərinin arasında ora-bura qaçır və s.”

Həmçinin oxuyun

Azərbaycanda minimum əməkhaqqı artırıla bilər

Azərbaycanda aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təkliflər hazırlanır. “ …