Ana səhifə / İdman / FIFA işğaldan azad olunmuş ərazilərdə futbol infrastrukturuna vəsait ayıra bilər

FIFA işğaldan azad olunmuş ərazilərdə futbol infrastrukturuna vəsait ayıra bilər

FİFA Azərbaycanın işğaldan azad olunmuş ərazilərində futbol infrastrukturu üçün maliyyə vəsaiti ayıra bilər.
Bu barədə FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov “Anadolu” agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, maddi dəstək “FIFA Forward” proqramı çərçivəsində həyata keçiriləcək. E. Məmmədov “FIFA Forward” proqramının dünyanın ən böyük idman investisiya fondu olduğunu və FİFA üzvlərinin futbolun inkişafına sərmayə qoyması üçün yaradıldığını bildirib.
“2016-cı ildən həyata keçirilən layihə çərçivəsində FIFA-ya üzv olan 211 milli assosiasiyaya fərq qoyulmadan ümumilikdə 2,8 milyard ABŞ dolları məbləğində yardım edilib, Müharibə zamanı infrastruktur zədələnir. Müharibələr bitdikdən sonra zərər görən ölkələrə dəstəyimizi göstəririk”, – deyə E. Məmmədov bildirib.

Həmçinin oxuyun

Elcan Hacıyev Avropa çempionu oldu

Aprelin 27-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatının son günündə Elcan Hacıyev (-90 …