Bazar ertəsi , May 13 2024
Ana səhifə / İqtisadiyyat / “Paşa Holdinq”dən Mərkəzi Banka yüksək təyinat – Dosye

“Paşa Holdinq”dən Mərkəzi Banka yüksək təyinat – Dosye

Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinə yeni müşavir təyin edilib.
Bu barədə AMB-nin saytında məlumat dərc olunub.
Bildirilir ki, Rəşad Məsim oğlu Məmmədov Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsinə təyin edilib.
Qeyd olunur ki, o, 1982-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə” ixtisası üzrə bakalavr, 2005-ci ildə həmin Universiteti “İstehsal sistemlərinin idarə edilməsi” ixtisası üzrə magistr dərəcələri ilə bitirib. 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə İqtisad üzrə fəlsəfə doktoru (Ph.D) elmi dərəcəsi alıb.
Əmək fəaliyyətinə 2001-ci ildə “Most-Bank Azərbaycan”da başlayıb. 2003-2015-ci illərdə ölkədəki müxtəlif banklarda fərqli vəzifələri icra edib.
Bildirilir ki, R. Məmmədov 2015-2017-ci illərdə “Paşa Bank” ASC-də Əməliyyat və nəzarət departamentinin direktoru, 2017-2018-ci illərdə Baş əməliyyat inzibatçısı, 2018-2023-ci illərdə Əməliyyat departamentinin direktoru vəzifələrində işləyib.

Rəşad Məmmədov

Qeyd edək ki, “Paşa Bank” ASC-nin səhmlərinin 56,8%-i “Paşa Holdinq”ə, 28,2%-i “Bless” MMC-yə, 10%-i Arif Paşayevə, 5%-i isə Mir Camal Paşayevə məxsusdur. Yeniavaz.com 

Həmçinin oxuyun

İşğaldan azad olunan şəhərlərin baş planlarını kim və neçəyə hazırlayır? – SİYAHI

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ağdərə, Xocavənd və Xocalı şəhərlərinin baş planlarının hazırlanması məqsədiylə “Azərdövlətlayihə” …