Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Dünya çempionatının püşkü atıldı – Qruplar

Dünya çempionatının püşkü atıldı – Qruplar

2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib.

Püşkatma mərasimi Moskvada Dövlət Kreml Sarayında keçirilib və Bakı vaxtı ilə 19:00-da start götürüb. DÇ-2018-in final mərhələsində vəsiqə qazanan 24 komanda 8 qrupa bölünüb.

Turun açılış matçında meydan sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.

DÇ-2018-in qrupları aşağıdakı kimidir:

A qrupu

Rusiya
Səudiyyə Ərəbistanı
Misir
Uruqvay

B qrupu

Portuqaliya
İspaniya
Mərakeş
İran

C qrupu

Fransa
Avstraliya
Peru
Danimarka

D qrupu

Argentina
İslandiya
Xorvatiya
Nigeriya

E qrupu

Braziliya
İsveçrə
Kosta-Rika
Serbiya

F qrupu

Almaniya
Meksika
İsveç
Cənubi Koreya

G qrupu

Belçika
Panama
Tunis
İngiltərə

H qrupu

Polşa
Seneqal
Kolumbiya
Yaponiya

Qeyd edək ki, DÇ-2018 14 iyun-15 iyul tarixlərində Rusiyanın 11 şəhərində keçiriləcək.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …