Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Daniel Rikkardo: “Bakı trekində qalib gəlmək üçün bəxtin olmalıdır”

Daniel Rikkardo: “Bakı trekində qalib gəlmək üçün bəxtin olmalıdır”

“Düşünürəm ki, Azərbaycan Qran-prisində hər dəfə fərqli çempionun olması Bakı Şəhər Halqasının çətinliyi ilə bağlıdır”.

Bunu Oxu.Az-a açıqlamasında “McLaren” komandasının italyan əsilli avstraliyalı pilotu Daniel Rikkardo deyib.

23 yaşlı idmançı Bakı trekində bəxt amilinin də çox rol oynadığını bildirib:

“Burada qalib gəlmək üçün bir qədər bəxtin gətirməlidir. Əks halda hər an bolidinin maneələrə çırpılmasından qurtula bilməzsən. Ancaq nə qədər çətin olsa da, mənim bu şəhər halqası çox xoşuma gəlir. Burada həmişə həyəcanverici yarış olur”.

Qeyd edək ki, Daniel Rikkardo 2017-ci ildə Azərbaycanda qalib olub. O, bu yarışda səkkizinci yeri tutub.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …