Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Banişevskinin turnirinin qalibi “Sabah” oldu

Banişevskinin turnirinin qalibi “Sabah” oldu

Anatoli Banişevskinin anadan olmasının 73-cü il dönümünə həsr olunmuş turnirin final görüşü baş tutub.

Qaynarinfo xəbər verir ki, finalda “Sabah” və “Səbail”in 12 yaşadək futbolçulardan ibarət komandaları qarşılaşıb. Gərgin keçən oyun “Sabah”ın qələbəsi ilə yekunlaşıb. 
Əzimkar oyun nümayiş etdirən balaca qəhramanlar öz sevinclərini məşqçiləri Samir Abdurahmanovla bölüşüblər. Sevinclərini bölüşmək üçün kamera qarşısına keçən balaca cempionlar ardıcıl uğurlara görə Samir müəllimə minnətdar olduqlarını deyiblər. Samir Abdurahmanov da öz növbəsində yetirmələrinə daha çox qələbə və cempionluq arzu edib. 
Qeyd edək ki, Anatoli Banişevskinin anadan olmasının 73-cü il dönümünə həsr olunmuş turnirin final görüşündə AFFA-nın nümayəndələri də iştirak edib. 

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …