Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Bakıda gimnastika tirində hərəkətlər üzrə ən yaxşı idmançılar müəyyənləşib

Bakıda gimnastika tirində hərəkətlər üzrə ən yaxşı idmançılar müəyyənləşib

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda gimnastika tirində hərəkətlər üzrə ən yaxşı idmançılar müəyyənləşib.

Trend-in məlumatına görə, ilk iki yeri müvafiq olaraq 13.400 və 12.933 balla Çin təmsilçiləri Huan Luo və Sziyaqi Lyu əldə ediblər.

Özbəkistan təmsilçisi Oksana Çusovitina isə üçüncü olub (12.866 bal).

Qeyd edək ki, bu gün Milli Gimnastika Arenasında Dünya Kuboku turnirinə yekun vurulur.

Bakıda 3-cü ildir ki, təşkil olunan turnirə 25 ölkədən 102 idmançı qatılıb.

Xatırladaq ki, ötən gün Azərbaycan gimnastı Marina Nekrasova Dünya Kubokunun gümüş medalını qazanıb. Təmsilçimiz dayaqlı tullanma hərəkətində 14.216 balla ikinci olub.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …