Cümə axşamı , May 2 2024
Ana səhifə / İdman / “Azərbaycana qiymət vermək çətindir” – Moldova millisinin üzvü

“Azərbaycana qiymət vermək çətindir” – Moldova millisinin üzvü

“Yeni baş məşqçi Aleksandr Spiridon qarşıya qoyulan hədəflə bağlı fikirlərini uşaqlara izah edəcək. Rəqiblərə qiymət vermək mənim üçün çətindir. Cənubi Koreya və Azərbaycanla matçlarda baş məşqçi oyunçularla tanış olmaq və onları iş başında görmək imkanı qazanacaq”.

Azinforum.az-ın “Moldova Sport”a istinadən yaydığı xəbərə görə, bu sözləri Moldova millisinin üzvü Radu Qınsar Cənubi Koreya və Azərbaycanla keçiriləcək yoldaşlıq görüşləri barədə danışarkən deyib.

Hayfa “Hapoel”inin 27 yaşlı yarımmüdafiəçi sözügedən matçlar üçün milliyə çağırılmamasının səbəbi haqda da danışıb:

“Mənə dəvət gəlməyib. Bəlkə də, İsraildə çempionat davam etdiyi üçün yığmaya çağırılmamışam. Klubumun da dəvət gələcəyi təqdirdə, məni buraxmayacağını düşünürəm”.

Qeyd edək ki, Moldova millisi yanvarın 27-də Cənubi Koreya, 30-da isə Azərbaycanla yoldaşlıq görüşü keçirəcək.

Həmçinin oxuyun

Avropanı mat qoyan azərbaycanlı şahmatçı xanımın məşqçisi DANIŞDI – VİDEO

“2023-cü ildə Bakıda keçirilən Dünya Kuboku Ülviyyə Fətəliyeva üçün uğurlu olub. O bu yarışda iki …