Ana səhifə / İdman / Azərbaycan ağırlıqqaldıranına 8 illik cəza

Azərbaycan ağırlıqqaldıranına 8 illik cəza

Azərbaycan millisinin ağırlıqqaldıranı Boyanka Kostova diskvalifikasiya olunub.

Apasport.az bildirir ki, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) məlumat yayıb. Bir müddət əvvəl müvəqqəti diskvalifikasiya edilən milliləşən legioner ağır cəza alıb. O, 8 il müddətinə yarışlardan kənarlaşdırılıb.

Boyanka 2029-cu il mayın 3-dək cəzalanıb. Buna səbəb milliləşən legionerin antidopinq qaydalarını açıq şəkildə pozmasıdır.

2021-ci il aprelin 5-də Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında götürülən test müsbət nəticə verib. Yarışda 59 kq çəki dərəcəsində qızıl medal qazanan idmançının testi qeyri-qənaətbəxş sayılıb. Onun orqanizmində qadağan olunmuş stanozolol steroid metaboliti aşkarlanıb.

Bu, idmançının ikinci belə qayda pozuntusu olacaq. Bolqarıstanlı idmançı 2016-cı il iyunun 10-dan 2018-ci ilin eyni tarixinədək 2 illik diskvalifikasiya yaşayıb. Həmin vaxt buna deqidroxlormetil-testosteron səbəb olub.

Qeyd edək ki, Boyanka 2015-ci ildə dünya, 2012-ci, 2015-ci, 2016-cı və 2021-ci illərdə Avropa çempionu olub. 

Həmçinin oxuyun

Elcan Hacıyev Avropa çempionu oldu

Aprelin 27-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatının son günündə Elcan Hacıyev (-90 …