Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / “Peyvəndin bölünməsində dəhşətli bərabərsizlik var” – ÜST rəhbəri

“Peyvəndin bölünməsində dəhşətli bərabərsizlik var” – ÜST rəhbəri

“Peyvəndlərin 75%-dən çoxu yüksək gəlirli ölkələrə, yarısı isə orta gəlirli ölkələrə gedir. Aşağı gəlirli ölkələr isə vaksin tədarükünün yarıdan da azını alır. Afrikada əhalinin yalnız 4%-i tam peyvənd olunub”.

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus Kolumbiya Universitetinin ev sahibliyi etdiyi Dünya Liderləri Forumunda bildirib.

ÜSt rəhbəri əlavə edib ki, bu günə qədər dünyada 6 milyard dozadan çox peyvənd istifadə edilib: “Dünya əhalisinin demək olar ki, üçdə biri COVID-19 əleyhinə tam peyvənd edilib. Lakin bu rəqəmlərdə dəhşətli bərabərsizlik gizlənir”.

Onun sözlərinə görə, heç bir ölkə dünyanın qalan hissəsi peyvənd olunmadığı halda, pandemiyadan çıxa bilməyəcək.

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …